“Digər sərt tədbirlərin tətbiqi gözlənilən olacaq” - Baş infeksionist

 “Digər sərt tədbirlərin tətbiqi gözlənilən olacaq” -  Baş infeksionist
  06 Noyabr 2020    Oxunub:1895
Gündəlik koronavirusa yoluxma sayının çoxalması insanlar arasında təmasların artması ilə əlaqədardır.
Bunu Azvision.az -a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, artıq payız mövsümündəyik və havaların soyuması əhalinin daha çox bağlı məkanda olmasına səbəb olur.

“Həmin məkanlarda havalandırma daha az aparılır. Təmasların artması zamanı qoruyucu karantin tədbirlərinə etinasızlıq isə yoluxma sayının artamasının əsas səbəblərindəndir. Ölkəmizdə hərbi vəziyyətin elan olunması nəzərə alınmalıdır”.

T.Eyvazovin sözlərinə görə, yoluxma sayında mənfi dinamika nəzarətdə saxlanılır və bu tendensiya davam edəcəyi halda digər sərtləşdirilmə tədbirlərinin tətbiqi gözlənilən olacaq.

“Qeyd etmək istərdim ki, bugünədək bir sıra sərt tədbirlər görülüb, müxtəlif ərazilər üzrə lokal qapanmalar tətbiq edilib. Təbii ki, bunların nəticəsində yoluxma sürətinin müəyyən qədər səngiməsinə nail olunub. Ordumuz cəmiyyətimizin ayrılmaz bir hissəsidir. Ümumilikdə infeksiya ilə mübarizə və yoluxma hallarının azalması nəticə etibari ilə hərbçilərimiz arasında da belə neqativ halların baş verməməsi üçün zəmin yaradır”.

Baş infeksionist qeyd edib ki, xüsusən döyüş bölgələrində yaşayan və hərbiçilərimizlə mütəmadi təmasda olan vətəndaşlarımız daha ciddi məsuliyyət daşıdıqlarını dərk etməli, belə təmaslardan mümkün qədər yayınmalı, özlərində və ya ailə üzvlərində xəstələnmə əlamətləri olduqda dərhal tibb məntəqələrinə müraciət etməlidirlər.

“Bu gün həkimlərimiz iki cəbhədə mübarizə aparır. Koronavirus cəbhəsinin genişlənməməsi, bütün tibbi və digər resursların cəbhənin ehtiyaclarına yönəldilməsi üçün hər birimiz karantin qaydalarına ciddi əməl etməyə borcluyuq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti