Şağandakı Reabilitasiya Pansionatı bu il istifadəyə veriləcək

Şağandakı Reabilitasiya Pansionatı bu il istifadəyə veriləcək
  14 Noyabr 2020    Oxunub:1306
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Şağan qəsəbəsindəki Reabilitasiya Pansionatında aparılan əsaslı təmir və yenidənqurma işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, burada kompleks tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi mümkün olacaq.

Müəssisə müasir avadanlıqlarla, tibbi-reabilitasiya əhəmiyyətli aparat və cihazlarla da təmin ediləcək.

Gələn ay istifadəyə verilməsi planlaşdırılan 250 çarpayılıq müəssisədə il ərzində 7 mindən çox əlilliyi olan şəxsə stasionar və ambulator şəraitdə, fizioterapevtik müalicə üsulları əsasında reabilitasiya xidmətləri göstəriləcək.

Azvision.az


Teqlər: ƏƏSMN   Şağan  





Xəbər lenti