61 obyektdə epidemiya əleyhinə rejim pozuldu

61 obyektdə epidemiya əleyhinə rejim pozuldu
  17 Noyabr 2020    Oxunub:1635
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarəti davam etdirir.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, noyabrın 16-da aparılan monitorinqlər zamanı Binəqədi rayonunda “Gold geyim mağazası”nda, “Safa store market”də, "Buta Farm" MMC-yə məxsus “Aptek”də, Nərimanov rayonunda “Dəniz mavisi kimyəvi təmizləmə” obyektində, Elvin Qasımova məxsus pərakəndə ticarət obyektində, Nəsimi rayonunda Şənlik Hümbətova, Qurban Qədirova məxsus mağazalarda, Səbail rayonunda “Oba market”də, Xəqani Hümbətova məxsus şirniyyat mağazasında, Xətai rayonunda “Titanik market”də, Xəzər rayonunda Zakir Rəhmanova, Namiq Rzayevə məxsus mağazalarda, Yasamal rayonunda Samir Abdullayevə, Məhəmməd Qədimova məxsus meyvə-tərəvəz mağazalarında, Suraxanı rayonunda “Maşallah inşaat” pərakəndə ticarət obyektində, Natiq Zeynalova məxsus mağazada, Nizami rayonunda “Bazar store” mağazasında, “Grandmart” ticarət obyektində, Qaradağ rayonunda “Vanilla şirniyyat evi”ndə, Təranə Əliyevaya məxsus gözəllik salonunda, Sabunçu rayonunda “Magic povder” MMC-yə məxsus mağazada, "Vüqar-M.M." MMC-yə məxsus istehsalat və icarə obyektində, Gəncə şəhərində “Moda kids geyim mağazası”nda, “NN market”də, “Şan market”də, Sumqayıt şəhərində “Təbriz market”də, “Prestij mağazası”nda, Abşeron rayonunda Sacidin Qənbərova, Elçin İmanquliyevə məxsus mağazalarda, Sabirabad rayonunda Rəfail Muxtarova məxsus “Ərzaq dükanı”nda, Tarıverdi Qurbanova məxsus mağazada, Şəki rayonunda “Bolluq market”də, Hümmət İsmayılova məxsus pərakəndə ticarət obyektində, Şəmkir rayonunda İsmət Əhmədliyə, Vaqif Fərzəliyevə məxsus mağazalarda, Quba rayonunda Valik Əliyevə məxsus baytarlıq aptekində, ümumilikdə 61 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib. Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Azvision.az


Teqlər: Nazirlik   Yoxlama  





Xəbər lenti