Daha 2 koronavirus xəstəsi küçədə saxlanıldı

Daha 2 koronavirus xəstəsi küçədə saxlanıldı
  19 Noyabr 2020    Oxunub:1768
Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 virusuna yoluxan 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, noyabrın 18-də Balaqusar kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk edən T.Musayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Müəyyən edilib ki, T.Musayevin koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin oluub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilib və həmin şəxs Təcili Tibbi Yardım avtomobili ilə koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusuna yoluxan 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Belə ki, noyabrın 18-də Vladimirovka kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk edən İ.Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılıb.

Müəyyən edilib ki, İ.Mürsəlovun koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilib və həmin şəxs Təcili Tibbi Yardım avtomobili ilə koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Azvision.az


Teqlər: Qusar   Koronavirus  





Xəbər lenti