Bərdədə iki piyada yol qəzasında öldü

Bərdədə iki piyada yol qəzasında öldü
  19 Noyabr 2020    Oxunub:1605
Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzaları baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, noyabrın 18-də saat 20 radələrində Bərdə rayonunun Qasımbəyli kəndi ərazisində kənd sakini A.Hidayətli idarə etdiyi “Lada-2110” markalı avtomobillə yolu keçən şəhər sakini Pərviz Əhmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Bundan başqa, həmin gün saat 21 radələrində Bərdə şəhəri ərazisində şəhər sakini R.Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Otuzikilər kənd sakini Məhəmməd Xəlilovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki faktla bağlı Bərdə Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti