Bir gündə 28 COVID-19 xəstəsi saxlanıldı

   Bir gündə 28 COVID-19 xəstəsi saxlanıldı
  01 Dekabr 2020    Oxunub:2465
Daxili işlər orqanları əməkdaşları respublika üzrə yaşayış yerini tərk edən aktiv koronavirus xəstələri ilə bağlı araşdırmaları davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, noyabrın 30-da keçirilən tədbirlər nəticəsində yaşayış yerini tərk edən 28 nəfərin yeri müəyyən edilərək saxlanılıb.

Onlardan 26-sı müalicə aldığı evə qaytarılıb, 2 aktiv xəstə isə xəstəxanaya yerləşdirilib. Həmin xəstələrin 19-u barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN   Koronavirus   Cinayət-işi  





Xəbər lenti