Azərbaycanda daha 42 nəfər virusdan vəfat edib

 Azərbaycanda daha 42 nəfər virusdan vəfat edib
  09 Dekabr 2020    Oxunub:3223
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4403 yoluxma faktı qeydə alınıb, 2919 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 158 min 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 96 min 330 nəfər müalicə olunaraq sağalıb, 1755 nəfər vəfat edib. Aktiv xəstə sayı 60470 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 884 min 578 test aparılıb. Bugünkü test sayı isə 19066-dır.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti