Salyanda oğurluq edənlər tutuldu

Salyanda oğurluq edənlər tutuldu
  10 Dekabr 2020    Oxunub:1813
Salyanda silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətdən Azvision.az -a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən mobil telefon və ərzaq məhsulları, “KamAZ” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən rayon sakini R.Əhmədov saxlanılıb. Onda heroin aşkar edilərək götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun həmyerliləri N.Abdullayev və N.Əhmədovla birgə “BMW” markalı avtomobildən iki ədəd mobil telefon, V.Haqverdiyevə məxsus təmir-tikinti alətlərini, bir yardımçı təsərrüfatdan kondisioner və avtomobillərin təmiri sexlərinin birindən televizor oğurlamaları da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə N.Abdullayev və N.Əhmədov da polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktlarla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: Salyan   Oğurluq  





Xəbər lenti