Sabunçuda baş verən yanğın söndürülüb

Sabunçuda baş verən yanğın söndürülüb
  02 Yanvar 2021    Oxunub:1189
Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 102 m² olan birmərtəbəli 6 otaqlı evin bir otağının yanar konstruksiyaları 12 m² sahədə və digər otağın tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti