Maşınla vurulan piyada xəstəxanada ölüb

Çinarlı qəsəbə sakini V.Teymurov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Aşağı Seyfəli kənd sakini N.Məmmədovu vurub.
Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
Azvision.az
Teqlər: DİN