Tərtərdə karantini pozan çayxana aşkarlanıb

Tərtərdə karantini pozan çayxana aşkarlanıb
  23 Yanvar 2021    Oxunub:1595
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayonun Xoruzlu kəndi ərazisində karantin qaydalarına zidd olaraq müştərilərə yerində xidmət göstərən çayxana aşkar edilib.

Həmin obyektin icarədarı Elbrus Həziyevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti