Yoluxmalar “Britaniya ştammı”na görə artır? - AÇIQLAMA
Bunu Azvision.az -a açıqlamasında ölkənin baş infeksionisti Təyyar Əliyev deyib. Onun sözlərinə görə, yoluxdurma qabiliyyəti yüksək olan "Britaniya ştammı"nın epidemioloji vəziyyətə təsiri o vaxt mümkün sayılır ki, bu ştamm digər klassik ştammı sıxışdıraraq dominantlıq əldə etsin.
Baş infeksionist qeyd edib ki, havanın isinməsi insanların aktivliyinə səbəb olur:
“Bu xüsusilə son günlərdə daha qabarıq hiss olunur. Ölkəmizdə vaksinasiya olunmuş şəxslərin sayı əhalinin çox kiçik hissəsini təşkil etdiyindən vaksinasiya prosesinin yoluxma sürətinə təsiri minimaldır. Belə bir vəziyyətdə yenidən qapanmalara getməmək üçün vaksinasiya prosesini sürətləndirmək məqsədilə hər birimiz bu işdə aktiv iştirak etməli və bizə məlum olan qorunmanın qızıl qaydalarına daha ciddi əməl etməliyik”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Koronavirus Vaksinasiya Karantin