Sarkisyan Ermənistanı “satışa” çıxardı

 Sarkisyan Ermənistanı “satışa” çıxardı
  14 Aprel 2021    Oxunub:5687
Ermənistan prezidenti Armen Sarkisyan Rusiyaya erməni diasporunun xidmətlərini təklif edib. Əgər əvvəllər yalnız eyham vurulurdusa, indi demək olar ki, Sarkisyan bunu açıq şəkildə "Sputnik Ermənistan"a verdiyi müsahibədə deyib.
Ümumiyyətlə, Sarkisyan öz üzərinə çox şey götürüb – onun sözlərinə görə, diaspora Moskvadan siyasi, maliyyə və hərbi dəstək qarşılığında Rusiya üçün mümkün olan hər şeyi etməyə hazırdır. Əlbəttə, yumşaq desək, bu, gülməli görünür. Sarkisyanın təklifi nə dərəcədə aktualdır və “xidmətlər” in mahiyyəti nədir?

Sarkisyanın müsahibəsi təsirli sitatlarla dolu olmasa da, intriqa ilə zəngindir. “Müdrik” Sarkisyan başqa variantların işləməyəcəyi təqdirdə, Rusiyanın dəstəyini almağa qərar verib.

Sarkisyan Rusiyanın kiminlə - Ermənistanla və ya Azərbaycanla əməkdaşlıq edəcəyinə qərar verməli olduğuna eyham vurur. Bu mesajda yüngül şantaj və təhdid də var, ancaq bu, “isti” bir erməni alt mətni ilə edilib – düşünün, deyirlər. Biz tələsmirik, amma uzun müddət dözmək niyyətində deyilik.

Sarkisyana görə, Ermənistanın gələcəyi üçün iki ssenari var. Birincisi bu, - dar təsir qruplarının, liberalların, millətçilərin, radikalların və populistlərin davamlı mübarizə apardığı zəifləmiş və son dərəcə asılı bir ölkənin "böyük qardaş” yerinin axtarışıdır.

İkincisi bu, - öz nüfuzunu gücləndirmək üçün bütün əlində olanlardan və resurslarından istifadə edərək, həmçinin iki ölkənin maraqlarından çıxış edən güclü bir Ermənistandır .

Bu bənddə Sarkisyanın təyin etdiyi vurğular dərhal nəzərə çarpır. Sarkisyan praktik olaraq ikinci ssenaridə Ermənistanın çəkişmələri unudacağını və yekdilliklə Rusiyanı dəstəkləməyə başlayacağını iddia edir.

Bəs Sərkisyan öz imkanlarını çox şişirtmirmi? Erməni cəmiyyətində Sarkisyanın nüfuzu çox azdır - ermənilər müharibə boyunca Paşinyanın siyasətində səssiz bir oyunçuya çevrilmiş prezidentə inanmırlar. Sarkisyanın sonrakı dövrdə aktiv bir siyasi həyatda olması erməni cəmiyyətinin özü üçün heç bir əhəmiyyət kəsb etmir.

Sarkisyanın fikrincə, Ermənistan "nəhəng potensiala" malik kiçik bir respublikadır. O düşünür ki, söhbət “San Fransiskodan Kanberraya” qədər dünyanın əksər ölkələrinin ictimai və siyasi həyatına son dərəcə yaxşı inteqrasiya olunmuş diasporadan gedir.

“Dünya şəbəkə dövlətlərinin ön plana çıxacağı bir dövrə qədəm qoyur və Ermənistanın belə dövlət olmaq üçün bütün şansı var. Öz növbəsində, Rusiya Ermənistanı necə görmək istədiyini müəyyən etməlidir”.

Gördüyünüz kimi, Sarkisyan prioritetləri açıq şəkildə müəyyənləşdirir, əslində Ermənistanın diaspora sayəsində bir növ “super güc” olduğunu bəyan edir, ideoloji “topunu” mübadilə şəklində təklif edərək Ermənistanın necə ola biləcəyinin yalnız Rusiyanın iradəsindən asılı olduğunu əlavə edir. Pis və ya xeyirxah, itaətkar və çox itaətkar olmayan. Bu, Sultanın ətrafındakı ərəb cariyəsinin bir növ rəqsinə bənzəyir.

Beləliklə, bu mesajda hər şey, o cümlədən erməni diasporuna təklif edilən "xidmətlər paketi" var. Belə ki, Sarkisyan açıq şəkildə dünya erməni terrorizminə də diqqət çəkir, Sarkisyana görə, Moskvanın əmri ilə xaos və ölüm səpməyə hazırdır. Hansısa üçüncü ölkələrdə. Ermənilərin təxminən iki yüz illik qanlı, terror təcrübəsinə sahib olmaları da məlumdur.

Həm də Sarkisyan qeyd edir ki, bu, yalnız hər iki tərəfin müttəfiqin mənafeyinin qorunmasını özünün mənafeyi kimi qəbul etdikdə doğrudur. Həm də bu münasibətlər etibarlı və proqnozlaşdırıla bilən olması zəruridir. Hətta bütün cəbhələrdə məğlub olduqda, Ermənistan Moskvaya özünün başqa bəzi prinsiplərini tətbiq etməyə cəsarət edir. Eyni zamanda, onlar şəstlə Ermənistanı "şəbəkə" dövləti adlandırırlar.

Bu mənada, ümumiyyətlə, Ermənistanda Britaniya vətəndaşlığına sahib olan və "elit bir əcnəbi" sayılan Armen Sarkisyan tərəfindən belə mesajın səslənməsi yəqin ki, təsadüfi deyil. Keçmiş diplomatik fəaliyyətinə görə, hətta Britaniya monarxiyasının nümayəndələri ilə yaxşı əlaqələrə sahib olduğu hesab edilir. Bu mənada, erməni anlayışına görə, o, Paşinyanın özü və digərləri də daxil olmaqla əyalət siyasətçilərinə heç cür uyğun gəlmir. Və Sarkisyan "əlaqələri olan diplomat" imicindən tam istifadə etməyə qərar verib. Həmçinin Rusiyaya "son təklif" daxil olmaqla.

Aydındır ki, Sarkisyan ilk növbədə özü-özü üçün oynayır. O, hakimiyyətini itirdiyini və Paşinyanın istefasından sonra siyasi taleyinin ümumiyyətlə boşluqda qalacağını anlayır. Ortaq erməni lobbisindən çıxış etdiyini göstərməklə Sarkisyanın özünün “böyük ermənliyin”in stereotiplərinə əsir düşdüyü görünür.

O, Moskvaya göndərdiyi mesajlarda imkanlarını ciddi şəkildə qiymətləndirir, əslində, bu artıq köhnəlmiş təsirsiz bir vasitədir. Soruşmaq yerinə düşər - 2020-ci ildə Qarabağ müharibəsi zamanı “hər yerdə mövcud olan” erməni diasporası və erməni lobbisi harada idi?

Hamımız əmin olduq ki, Azərbaycanın köklü bir informasiya maşını, Prezidentin nüfuzu və imici, on ildən artıq siyasi qələbələr üzərində özünü təsdiqləyən ölkəmiz, onun dost və mehriban qonşuluq, diplomatik təmasları demək ki, bəzi məşhur erməni lobbilərindən daha çox işləyir. Və Sarkisyanın bütün fəndləri son dərəcə gülüncdür. Amma əslində "şəbəkə dövləti" həm dünya siyasi arenasında, həm də döyüş meydanında öz təkəbbür və yalanında boğularaq öyündüyü alətlərini gerçəkləşdirə bilmədi.

Niyə? Bu, artıq başqa bir hekayənin mövzusudur, uğursuzu heç kim həqiqətən sevmir və dəstəkləmir. Ermənistandan və şizofreniya ermənilərindən uzaqda özünü, öz rahatlığını və statusunu qurban vermək daxil olmaqla...

Rusiya, bütün MDB ölkələri, dünya Ermənistanı işğal siyasətində, özgəsinin torpağında saxta mübarizədə dəstəkləmək niyyətində deyilsə, erməni diasporunun istənilən nümayəndəsi, prezidentin iddia etdiyi kimi “istər San- Fransiskoda, istər Kanberrada olsun” daşnak dəstəsində könüllü olmaqdan əvvəl, ya da sadəcə erməni lobbisini dəstəkləyən şəbəkələrdə trolluq etmək üçün yüz dəfə düşünür. Hər davranışın özünəməxsus məntiqi var. Axmaqlar və yalançılar üçün döyüşə girməyəcəklər və güllələrin altına tələsməyəcəklər.

Əlbəttə ki, ölümcül demoqrafiyaya sahib olan kiçik bir ölkənin dövlət başçısının dünyanın hər yerində genişmiqyaslı məlumat şəbəkəsi olan Rusiya kimi bir qlobal hipergücün "qanadının altına" alınmasını təklif etməsi gülüncdür. Bəzi erməni diasporlarına etibar etmək? Hiyləgər, lakin yeni reallıq şərtlərində erməni fəndləri, xidmətləri və alətləri köhnəlib və Sarkisyanın bütün oyunları əyləncəli pis davranışdan, fillərin ətrafında küçüklərin rəqslərindən başqa bir şey deyildir.

Samir Muradov
Tərcümə: Pərvanə Sultanova

Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti