Ermənistanda Sorosu tənqid edirlər: “Onların tanrısı puldur”

 Ermənistanda Sorosu tənqid edirlər:  “Onların tanrısı puldur”
  24 Aprel 2021    Oxunub:2332
Ermənistanın VETO ictimai-siyasi hərəkatının rəhbəri Narek Malyan son günlər erməni polislərin sərgilədiyi qeyri-insani davranışları tənqid edib.
Azvision.az xəbər verir ki, o, erməni polisinin Sorosun çirkli planlarının qurbanına çevrildiyini bildirib.

"Son hadisələr zamanı polis sinəsində kimliyi və digər xidməti işarələr olmayan forma ilə patrul xidməti apardı. Səbəb çox sadədir - etirazçılara özlərini təqdim etməsinlər, onların kim olduğu bilinməsin. Bu isə kobud qanun pozuntusudur. Vətəndaş polis məmurunun təzyiqi və ya sorğu-sualı ilə rastlaşdıqda kiminlə danışdığını bilməlidir",- deyə siyasi fəal bildirib.

Malyan daha sonra xatırladıb ki, bir vaxtlar indi hakimiyyətdə olan sorosçular nümayişlər zamanı yalnız sinəsində kimliyi yazılan polislərin xidmət aparmalarını tələb edirdilər. Bu gün isə Sorosdan gələn qazanclar hesabına qanun pozuntularına susurlar:

"Bu cür toqquşmaların alqışlanması üçün pullar verilir. Bilirsiniz də, Sorosun qazanc tanrısı puldur".



Tural Tağıyev
Azvision.az


Teqlər: Soros   Polis   Ermənistan  





Xəbər lenti