“Vaşinqton regionda qarşıdurmanın qalmasında maraqlıdır” - Millət vəkili

 “Vaşinqton regionda qarşıdurmanın qalmasında maraqlıdır” -  Millət vəkili
  25 Aprel 2021    Oxunub:2745
ABŞ Prezidenti Co Baydenin uydurma hay soyqırımını təsdiqləməsi nə onun ölkəsinə, nə də "soyu qırılmışlar"a yaxşı nəsə vəd edir. Bu, Ermənistandakıları türk düşmənçiliyinə bir az da həvəsləndirəcək və nəticədə onların Amerikanın heç istəmədiyi dövlətdən asılılıqlarını daha da artıracaq.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

Millət vəkili hesab edir ki, Türkiyədə izinsiz yaşayan 100 mindən artıq erməninin bundan sonra orada qalıb işləmələri artıq sual altındadır.

"Cənab İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığından, eləcə də Xarici İşlər Nazirliyimizin operativ reaksiyasından da görünür ki, rəsmi Vaşinqtonun bu çərçivəsiz davranışı təkcə Türkiyə-ABŞ deyil, Azərbaycan-ABŞ əlaqələrinə də təsirsiz ötüşməyəcək.

İraqı yalandan kütləvi qırğın silahına yiyələnməkdə suçlandıran və kütləvi qırğın silahından ilk istifadə edən bir ölkənin başçısının "haylar soyqırımına uğrayıb" deməsi tamamilə təbiidir. Amma Xocalıda törədilən vəhşiliyi görməzdən gələn ABŞ-ın bu hərəkətləri onun Minsk qrupuna həmsədrlik etmək üçün heç bir mənəvi haqqının olmadığını növbəti dəfə və daha əsaslı şəkildə ortaya qoyur. Həm də onu ortaya qoyur ki, rəsmi Vaşinqton bizim regionda sülhün yaranmasında yox, qarşıdurmanın qalmasında maraqlıdır",- deyə Sahib Alıyev vurğulayıb.

Azvision.az


Teqlər: Sahib-Alıyev  





Xəbər lenti