18 minlik oğurluq edən keçmiş məhkumlar tutuldu

18 minlik oğurluq edən keçmiş məhkumlar tutuldu
  29 Aprel 2021    Oxunub:2499
Bakıda mənzidlən oğurluq edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı il noyabrın 12-də rayon ərazisindəki evlərin birindən 13600 manat, 3000 rubl pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - R.Balakişiyev və V.Hacıyev müəyyən edilərək saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti