“Türkiyə əhəmiyyətli miqdarda “Sputnik V” alacaq” - Ərdoğan

  30 Aprel 2021    Oxunub : 2048
“Türkiyə əhəmiyyətli miqdarda “Sputnik V” alacaq” -  Ərdoğan
Türkiyə Rusiyadan əhəmiyyətli miqdarda “Sputnik V” peyvəndi alacaq.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə kifayət qədər vaksin var.

“Peyvənd tədarükündə çətinlik çəkməyəcəyik. Rusiyadan əhəmiyyətli miqdarda “Sputnik V” peyvəndi tədarük olunacaq. Əlimizdə kifayət qədər vaksin var. Rusiya ilə danışıqlarımızın nəticəsi olaraq yeni partiya vaksin gələcək. Görüşlər keçirmişik. Lazım gəlsə, hörmətli prezidentlə də (Vladimir Putin – red.) görüşümüz olacaq. Bu arada, Almaniyadan “Biontech”tədarükünə vəd verilib", - deyə Ərdoğan əlavə edib.

Türkiyə lideri bildirib ki, universitetlər və bəzi əczaçılıq şirkətləri hazırda yerli peyvənd üzərində sıx işləyirlər: "Mənə verdikləri məlumata əsasən, sentyabr-oktyabr aylarına kimi yerli peyvəndin istehsalına başlayacaqlar".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: SputnikV