Bakıda dənizə gedən şəxsin 43 minlik əşyası oğurlandı

   Bakıda dənizə gedən şəxsin 43 minlik əşyası oğurlandı
  17 Avqust 2021    Oxunub:1080
Bakıda çimərlikdə oğurluq olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də Mərdəkan qəsəbə çimərliyində bir nəfərin çantasından 2000 manat pul, 3000 manat dəyərində 2 ədəd mobil telefon, ona məxsus “BMW” markalı avtomobildən 35000 manat dəyərində qızıl saat və 5000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti