Hadrutda evin həyətində bomba tapılıb - FOTO

Hadrutda evin həyətində bomba tapılıb -    FOTO
  24 Avqust 2021    Oxunub:1592
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər mütəmadi olaraq davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları xidməti fəaliyyətini yerinə yetirərkən rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsi ərazisindəki evlərdən birinin həyətində “M-85” markalı bomba aşkar ediblər. Həmin ərazi dərhal nəzarətə götürülüb və aşkar edilmiş partlayıcı vasitənin zərərsizləşdirilməsi üçün Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Bomba zərərsizləşdirildikdən sonra ərazinin təhlükəsizliyi təmin edilib.

Azvision.az


Teqlər: Hadrut  





Xəbər lenti