Ceyhun Osmanlının atası danışdı - YENİLƏNDİ

Ceyhun Osmanlının atası danışdı - YENİLƏNDİ
  19 Mart 2014    Oxunub:1231
Millət vəkili Ceyhun Osmanlının atası, Göyçay rayon icra başçısının müavini Yunis Osmanov vəzifəsindən azad edilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
Yunis Osmanov “Qafqazinfo”ya açıqlamasında işdən qovulması ilə bağlı mətbuatda gedən informasiyadan xəbərsiz olduğunu deyib:

“Belə bir şey yoxdur, mən vəzifəmdən azad olunmamışam Bu, sərsəm adamların boş xülyalarıdır”.

***

AzVision.az saytı millət vəkili Ceyhun Osmanlının atası Yunis Osmanovun işdən çıxarılması ilə bağlı xəbəri dəqiqləşdirmək üçün Göyçay rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra hakimiyyətindən saytımıza verilən məlumata görə, Yunis Osmanovun işdən çıxarılması xəbəri həqiqəti əks etdirmir, Y.Osmanov hazırda iş başındadır.

Y.Osmanovun özü ilə dəfələrlə əlaqə saxlamağa cəhd etsəkdə alınmadı.

***

Millət vəkili Ceyhun Osmanlının atası Yunis Osmanov Göyçay rayon icra başçısının müavini vəzifəsindən azad edilib.

Bu barədə “Axar.az”ı məlumatlandıran mənbənin sözlərinə görə, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanovun vəzifədən azad edilməsinin ardınca “Gülən camaat” bağlı olan məmurların da işdən çıxarılmasına start verilib. Bu sırada işdən çıxarılan ilk adamlardan biri də Elnur Aslanovla birgə, adı nurçu olaraq hallanan millət vəkili Ceyhun Osmanlının atası, Göyçay rayon icra başçısının müavini, Aqrar məsələlər şöbəsinin müdiri Yunis Osmanovdur.

Göyçay rayon icra hakimiyyəti telefon nömrələrinin heç birinə cavab verməsələr də, rayonun ictimai-siyasi həyatında olan şəxslər xəbəri təsdiqlədilər. Onların sözlərinə görə, Göyçay rayonunda Ceyhun Osmanlının atasının vəzifədən uzaqlaşdırılması barədə dünən xəbər yayılıb.


Teqlər:  





Xəbər lenti