Ceyhun Osmanlı danışdı: “Xahiş edirəm reaksiya verməyin”
AzVision.az xəbər verir ki, bu fikirləri millət vəkili Ceyhun Osmanlı bəzi mətbuat orqanlarında haqqında yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Özünün facebook səhifəsində status yazan deputat bir neçə dəqiqə bundan öncə prezident İlham Əliyevin iştirakı ilə Bakıda keçirilən Novruz şənliyinə qatıldığını deyib:
“Cənab prezidentimizin iştirakı ilə Dənizkənarl Milli Parkda təşkil olunmuş Novruz şənliyində iştirak etdik. Hər il olduğu kimi bu dəfə də çox zövqlə və yüksək səviyyədə təşkil edilmişdi. Az sonra isə ailəvi şəkildə bayram günlərini qeyd etmək üçün Göyçaya yollanacağıq. Yolu o tərəfdən keçən dostlarımız qonağımız ola bilər.
PS.
Mənimlə bağlı radikal müxalifət saytlarında Xədicə İsmayılın yetirmələrinin apardığı iftira kampaniyasına dostlarımdan reaksiya verməməyi xahiş edirəm”.
Anar RÜSTƏMOV