"İnstagram" və "Facebook"un işində problem yaranıb

"İnstagram" və "Facebook"un işində problem yaranıb
  03 Noyabr 2021    Oxunub:1081
Dünyanın bir sıra ölkələrində “İnstagram” və “Facebook” sosial şəbəkələrinin işində yenidən problem yaranıb.
AzVision.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” saytı məlumat yayıb.

ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Kanada, Polşa, Rusiya və bir sıra digər ölkələrdən olan istifadəçilər sosial şəbəkələrdə yaranmış problemlərdən şikayətləniblər. "İnstagram"da daha çox proqramla, server bağlantıları ilə bağlı problemlər özünü göstərib. "Facebook"da isə istifadəçilərin şəxsi məlumatlarına girişi çətinləşib.

AzVision.az



Teqlər: İnstagram   Facebook  





Xəbər lenti