- Artıq iki ildir ki, ailəsi Şakaryana baş çəkməyə gedir. Amma hərbi hissəyə deyil, onun basdırıldığı Yerablur panteonuna. Polkovnik Sergey Şakaryan 30 il Ermənistan silahlı qüvvələrində xidmət edib, 24 medal alıb. Oğlu deyir ki, ilk günlərdə atasıyla əlaqə saxlaya bilmirmiş. Müharibə zamanı görüşə bilməyib.
Bu il general olacaqdı, Şuşada məhv edildi |
Məqalədə qeyd edilir ki, Şakaryan ölümündən bir gün əvvəl zəng vuraraq oğlundan ehtiyatlı olmasını xahiş edib. Daha sonra ailəsiylə əlaqə saxlayacağına söz versə də, bu baş verməyib. Qəhrəman hərbçilərimizin keçirdiyi əməliyyat nəticəsində hərbi cani məhv edilib.
- O, oktyabrın 25-də 46 yaşında öldürüldü. Slava atasının ölümündən bir saat sonra sürücüsündən xəbər tutsa da, ailəyə ertəsi gün məlumat verib. Ailə hər şeyini itirib Hadrutdakı evi, avtomobili və başqa mülkləri.
Qeyd edək ki, erməni mediası silahlı qüvvələrin 18-ci motoatıcı diviziyasının qərargah rəisi olmuş Şakaryanın general rütbəsi almağa əsas namizədlərdən biri kimi təqdim edib. Bildirilir ki, əgər Sergey müharibədə öldürülməsəydi, guya erməni ordusu üçün xeyli xeyir verəcəkmiş. Azərbaycan hərbçiləri isə işğalçı ordunun “perspektivli” polkovnikinin general olmaq arzusunu gözündə qoyub.
18 yaşında Birinci Qarabağ müharibəsinə qoşulmuş Şakaryan silahsız azərbaycanlılara qarşı qəddarlığı ilə də seçilib. Onun atası isə Birinci Qarabağ savaşında öldürülüb. Şakaryan ötən ilin oktyabrın 4-də saxta “artsax qəhrəmanı” adını da alıbmış.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi 2020-ci ilin oktyabrın 27-də Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində düşmən darmadağın edildiyini, əks-hücumla Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsinin məhv edildiyini açıqlamışdı. Həmin zaman bildirilmişdi ki, ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var.
Tural Tağıyev
AzVision.az