Alimlər qanda şəkərin səviyyəsini tənzimləməyin yeni üsulunu tapıblar

Alimlər qanda şəkərin səviyyəsini tənzimləməyin yeni üsulunu tapıblar
  04 Yanvar 2022    Oxunub:1947
Avropa və ABŞ alimləri insulindən asılı olmayan və qanda qlükoza səviyyəsini tənzimləməyə kömək edən hormon tapıblar. Onlar ümid edirlər ki, bu kəşf diabet üçün yeni müalicə üsullarının əsasını qoyacaq və insulin dərmanına qarşı müqaviməti olan insanlarda şəkəri effektiv və təhlükəsiz şəkildə aşağı sala bilən xüsusi preparatın yaradılmasına gətirib çıxaracaq.
AzVision.az xəbər verir ki, tədqiqatın nəticələri "Cell Metabolism" jurnalında dərc olunub.

Düz bir əsr əvvəl insulinin kəşfi milyonlarla diabetli insana böyük ümidlər verdi. O vaxtdan bəri, bu mədəaltı vəzi hormonu diabet kimi yüksək qan şəkəri səviyyələri ilə xarakterizə olunan xəstəliklərin əsas müalicəsi hesab olunur.

İndi isə Amerikanın "Salk" İnstitutunun tədqiqatçıları Almaniya, Hollandiya və İsveçrədən olan həmkarları ilə birlikdə qanda qlükoza səviyyəsinin tənzimlənməsində insulin qədər təsirli və sürətli olan piy toxumasında istehsal edilən başqa bir maddəni - FGF1 hormonunu kəşf etdilər. İnsulin kimi, FGF1 də yağın parçalanmasını, lipolizi inhibə edərək qanda qlükoza səviyyələrini idarə edir. Lakin o bunun üçün fərqli molekulyar mexanizmdən istifadə edir.



Tural Tağıyev
AzVision.az



Teqlər: Şəkər   İnsulin   Alim  





Xəbər lenti