Çin səhrada bu yolu niyə çəkib?! – FOTOLAR

   Çin səhrada bu yolu niyə çəkib?! –    FOTOLAR
  18 Fevral 2022    Oxunub:9701
Çinin qərbində dünyanın ən böyük səhralarından biri olan Təklə-Məkan yerləşir. Sahəsi 300 min kvadrat kilometrdən çox olan bu səhrada yağıntıların illik miqdarı cəmi 25 mm, buxarlanma isə 150 dəfə çoxdur. Dyünlərin 85%-i daimi hərəkətdə olurlar. Temperaturu -25С ilə +45С arasında dəyişən bu məkan bütün canlılar üçün çox təhlükəlidir.
Amma məhz burada çinlilər uzun və bahalı şose yolu çəkiblər. Niyə?


Böyük əziyyət hesabına başa gələn bu yolun hər kilometrinə 14 milyon dollar xərclənib. Yolun uzunluğu isə 552 kilometrdir ki, onun da 446 kilometri daim hərəkətdə olan dyünlərin arasından keçir.


Yol hazır olandan sonra ondan istifadənin çətinlikləri meydana çıxdı. Məlum oldu ki, külək əsəndə asfalt örtüyü qumun altında qalır. Bunun qarşısını almaq üçün yol boyunca yaşıllaşdırma işlərinə başladı.


Şosenin hər iki tərəfində quraqlığa davamlı saksaul kolları və digər bitkilər əkməyə başladılar. Onların suvarılması üçün son dərəcə mürəkkəb irriqasiya sistemi quruldu. Yolun hər iki tərəfində 18 milyon ağac əkilməklə 72-78 metr enində müdafiə zolağı yaradıldı. Bu, dünyadakı ən böyük “yaşıl dəhliz” sayılır.


Hər 4 kilometrdən bir yola və bitkilərə qulluq üçün xüsusi stansiyalar qurulub. Onların hər birində 2 nəfər işləyir.

Amma bütün bunlar nə üçündür?!

Səhranın əks tərəflərində Buqur və Niya qəsəbələri yerləşirlər. Yol çəkiləndən sonra bir neçə saata onların birindən digərinə çatmaq mümkündür. Amma doğrudanmı, bu qədər bahalı layihə ancaq iki qəsəbəni birləşdirmək üçün reallaşdırılıb?!

Xeyr.


Hələ ХХ əsrin əvvəllərində burada 1 milyard ton həcmində qiymətləndirilən nəhəng neft və qaz yataqları tapılmışdı. Ancaq uyğun texnika və infrastrukturun yoxluğu səhrada bu resursların hasil edilməsinə imkan vermirdi. Məhz bu səbəbdən Tarim şosesinin tikintisinə qərar verilib.

1999-cu ildə bu yol səhradan keçən ən uzun şose kimi Ginnesin Rekordlar kitabına salınıb. İstisna deyil ki, Çinin bu təcrübəsi gələcəkdə bəşəriyyət üçün çox faydalı olacaq.

Samir Quliyev
AzVision.az



Teqlər: Çin   Yol   Səhra  





Xəbər lenti