Amerikalı diplomat Rusiyanın Qara dəniz, Baltik dənizi və Arktikada genişmiqyaslı dəniz təlimləri keçiməsinə də diqqət çəkib.
Putin fərman imzaladı: Ehtiyatda olan hərbçilər təlimlərə çağırılır |
Amerikalı diplomatın sözlərinə görə, Rusiyanın hazırkı qoşun səfərbərliyi İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük səfərbərlik sayılır. Bununla belə, Rusiya ATƏT-in iki qərar qəbuledici orqanının birgə iclasında iştirakdan imtina etməklə rus qoşunlarının misli görünməmiş artırılmasına aydınlıq gətirilməsindən imtina edib.
Eyni zamanda, Moskva dezinformasiya və yalan yaymağa əl atır və "Ukraynanı, NATO və ABŞ-ı təcavüzkar kimi göstərməyə çalışır, həmçinin özü güclü zərbə qüvvələrinə malik olduğunu göstərərək qonşusunu işğal etməklə hədələyir".
Karpenterin sözlərinə görə, Rusiya həm də “Ukraynanın işğalına haqq qazandırmaq üçün bəhanə yaratmaq niyyətindədir”.
- Bizdə bir çox mənbələrdən ətraflı məlumat daxil olub ki, Rusiya qondarma “Ukrayna təxribatları”nı uydurmaq və Moskvanın işğala haqq qazandırmaq üçün ictimai nağıl yaratmaq səyləri göstərir, - ABŞ səfiri bildirib.
O əlavə edib ki, Rusiya hökuməti Ukraynaya qarşı hərbi əməliyyatlara haqq qazandırmaq üçün guya ukraynalı hərbçilərin Rusiya Federasiyasının suveren ərazisinə və ya şərqdəki rusdilli insanlara qarşı uydurma hücum təşkil etməyi planlaşdırır.
- Biz hücuma haqq qazandırmaq üçün "yalançı bayraq əməliyyatı" ehtimalına qarşı ayıq olmalıyıq.
Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.
Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. Hətta son günlər təlimləri başa vuran bölmələrin bir hissəsi ölkənin qərb bölgəsindən daimi dislokasiya bölgələrinə geri qaytarılıb. Buna baxmayaraq ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.
Tural Tağıyev
AzVision.az