- Rusiya onilliklərdir ki, NATO-nun şərqə doğru genişlənməsinin Qərbin vədlərinə zidd olduğunu deyir, - Alman jurnalı yazıb.
![]() |
"Rus hərbçilərin sayı 200 minə çatıb" - Karpenter həyəcan təbili çaldı |
- 2+4 danışıqları zamanı (birləşmədən sonra Almaniyanın statusu ilə bağlı olan danışıqlar-red.) açıq şəkildə bildirdik ki, NATO Elbadan uzağa daha da genişlənməyəcək. Beləliklə, biz Polşaya və digərlərinə NATO üzvlüyünü təklif edə bilmərik, - Almaniyanı təmsil edən Xroboq deyib.
![](https://azvision.az/photos/2022/02/dfghgfh-1645263886.jpg)
Nəşr yazır ki, "görünür o, Elba ilə Oderi qarışdırıbmış". Öz növbəsində amerikalı diplomatlar da oxşar vədlər veriblərmiş.
Jurnal ABŞ nümayəndəsi Raymond Zeytzin fikirlərindən sitat gətirib.
- NATO nə rəsmi, nə də qeyri-rəsmi şəkildə şərqə doğru genişlənməməlidir.
Xatırladaq ki, 2021-ci ilin sonunda Rusiya ABŞ ilə müqavilənin və NATO ilə təhlükəsizlik təminatına dair sazişin layihələrini dərc etdi. Moskva xüsusilə Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru daha da genişlənməsindən, Ukraynanın bloka qoşulmaqdan və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edir. Təkliflərdə həmçinin NATO-nun xüsusi zərbə(Hücum-red.) silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və Şərqi Avropadakı alyans qüvvələrinin 1997-ci ildəki mövqelərə qaytarılması ilə bağlı bənd də var.
Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.
Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. Hətta son günlər təlimləri başa vuran bölmələrin bir hissəsi ölkənin qərb bölgəsindən daimi dislokasiya bölgələrinə geri qaytarılıb. Buna baxmayaraq ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.
Tural Tağıyev
AzVision.az