Kreml təsdiqlədi: Putin ballistik raketlərin təliminə start verib

      Kreml təsdiqlədi:    Putin ballistik raketlərin təliminə start verib
  19 Fevral 2022    Oxunub:2483
Rusiya prezidenti Vladimir Putin strateji mühafizə qüvvələrinin ballistik raket atışları ilə keçirilən təlimlərinin başlanmasına razılıq verib. AzVision.az
xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinad edən saytlar Kremlinn müvafiq məlumatı təsdiqlədiyini yazıblar.

Der Spiegel: "NATO-nun Şərqə genişlənməyəcəyinə dair sənəd tapılıb"
Xatırladaq ki, bu gün Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin rəhbərliyi ilə ballistik və qanadlı raketlərin buraxılışının həyata keçiriləcəyi strateji mühafizə qüvvələrinin planlaşdırılmış təliminin keçiriləcəyinə dair məlumat yayılmışdı.

Bildirilir ki, təlimlərdə Şimal Donanmasının strateji raket daşıyan sualtı qayığı Rusiyanın Uzaq Şərqindən-Kamçatkadan Kür poliqonuna, ölkənin şimalındakı nüvə sualtı qayığından isə Çiza poliqonuna qitələrarası ballistik raketlər atılacaq. Eyni zamanda Aerokosmik Qüvvələri uzaq mənzilli təyyarələrdən qanadlı raketlər buraxacaq.

Təlimlərdə Rusiya Aerokosmik Qüvvələrinin, Cənub Hərbi Dairəsinin, Strateji Raket Qüvvələrinin, Şimal və Qara dəniz donanmasının qüvvə və vasitələri iştirak edəcək.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. Hətta son günlər təlimləri başa vuran bölmələrin bir hissəsi ölkənin qərb bölgəsindən daimi dislokasiya bölgələrinə geri qaytarılıb. Buna baxmayaraq ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Kreml   Ballistik-Raket   Təlim  





Xəbər lenti