Rusiya raketlərini nümayiş etdirdi - VİDEO

Rusiya raketlərini nümayiş etdirdi -  VİDEO
  19 Fevral 2022    Oxunub:5006
Rusiyada ballistik raketlərlə bağlı start verilən təlimlər zamanı Aerokosmik Qüvvələr “Kinjal” hipersəs aeroballistik raketlərini uğurla buraxıb. AzVision.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.


Qeyd edilir ki, bu gün Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin rəhbərliyi ilə ballistik və qanadlı raketlərin buraxılışı ilə strateji mühafizə qüvvələrinin planlaşdırılmış təlimi keçirilib. Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə birlikdə Kremlin situasiya mərkəzindən təlimi izləyib.



Kreml təsdiqlədi: Putin ballistik raketlərin təliminə start verib
Kreml digər raket buraxılışlarının da təfərrüatlarını açıqlayıb. Məsələn, Şimal və Qara Dəniz Donanmalarının gəmiləri və sualtı qayıqları dəniz və yer hədəflərinə “Kalibr” qanadlı raketləri və “Zirkon” hipersəs raketlərini atıblar.



"Kapustin Yar" sınaq poliqonunda, "İskəndər" yerüstü qanadlı raketinin praktiki buraxılışı, "Pleseçka"da isə qitələrarası ballistik raket olan "Yars"ın Kamçatkanın Kur poliqonuna atışı həyata keçirilib.



"Tu-95MS" uzaqmənzilli strateji raket daşıyıcı təyyarələrdən atılan qanadlı raketlər "Pemboi" və "Kur" poliqonlarında hədəfləri vurub. Həmçinin Barents dənizindən “Kur” poliqonuna “Kareliya” atom sualtı qayığı vasitəsilə “Sineva” ballistik raketi də buraxılıb.



Qeyd olunur ki, təlimə Aerokosmik Qüvvələrin, Cənub Hərbi Dairəsinin, Strateji Raket Qoşunlarının, Şimal və Qara dəniz donanmalarının qüvvə və vasitələri cəlb olunub.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Raket   Rusiya   Təlim  





Xəbər lenti