![]() |
Ermənistanda genişmiqyaslı etiraz aksiyaları başlayıb |
Yerli media yazır ki, radikal açıqlamaları ilə seçilən Aşotyan və Zöhrabyan digər müxalifətçilərlə birgə şəhərin mərkəzində, Teryan və İsaakyan küçələrinin kəsişməsində etiraz aksiyası keçirməyə cəhd ediblər.
"Hüquq-mühafizə orqanları əməkdaşları "Respublika" Partiyası ilə parlamentdə eyni blokda olan "Vətən" Partiyasının bir neçə üzvünü də saxlayıblar. Belə ki, Maştots prospektindən partiyanın katibi Xaçik Qalstyan, mətbuat xidmətinin rəhbəri Sos Akopyan, o cümlədən partiya fəalları David Baqdasaryan, Azat Zakaryan və bir çox başqaları olub", -məlumatda deyilir.
Qeyd edək ki, mayın 17-də səhər saatlarında İrəvanın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb. Müxalifətin "Müqavimət" hərəkatının tərəfdarları küçələrə çıxaraq nəqliyyatın hərəkətini əngəlləməyə çalışırlar.
Xatırladaq ki, aprelin 25-dən başlayaraq Ermənistanda etiraz aksiyaları keçirilir. İrəvanda isə müxalifət bir neçə gündür ki, aktiv küçə yürüşlərinə başlayıb. Onlar əsas nəqliyyat yollarını bağlayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
Tural Tağıyev
AzVision.az