Müxalifət geri çəkildi: Koçaryan məyusluğunun acığını mediadan çıxıb

   Müxalifət geri çəkildi:    Koçaryan məyusluğunun acığını mediadan çıxıb
  14 İyun 2022    Oxunub:2331
Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Koçaryan çıxılmaz vəziyyətə düşüb. AzVision.az xəbər verir ki, jurnalistlər onu sözün həqiqi mənasında sıxışdıraraq suallara obyektiv cavab verməsini tələb ediblər.
İrəvanda müxalifətçilərə sui-qəsd edən 3 nəfər saxlanılıb- YENİLƏNİB
Mövzu isə müxalifətin mitinqlərlə bağlı taktikanı dəyişməsi olub. Köçəryan müxalifətin "Müqavimət" hərəkatının iflasa uğradığına inanmadığını açıqlayıb.
Məsələ burasındadır ki, çərşənbə axşamı Koçaryan "Fransa" meydanındakı mitinqdən sonra başlayan yürüşdə iştirak edərkən əvvəlcə jurnalistlərin suallarına cavab vermək istəməyib. O, kobud şəkildə müsahibə vermək fikrində olmadığını bildirib. Ondan hərəkatın strategiyasının dəyişdirilməsinin səbəbini soruşduqda, isə hərbi cani belə cavab verib:

“Siz (hərəkatın koordinatoru İşxan Saqatelyanın çıxışı – red.) qulaq asmadınız? Mən qulaq asdım və anladım”.

Başqa bir jurnalist isə birbaşa ittiham xarakterli sual ünvanlayaraq eks-prezidentdən hərəkatın uğursuzluğunun səbəbini soruşub.

Koçaryan isə ona əlacsız və qısa şəkildə belə cavab verib: “Siz belə hesab edirsiniz”.

İqtidaryönlü saytlar müxalifətin mitinqlərin bir bəhrə verməyəcəyini görüb yenidən kölgəyə çəkilməsini Robert Koçaryanın ənənəvi taktikası kimi qiymətləndirib. Ölkədə nisbətən qarışıqlıq olan kimi Koçaryan da, ətrafı da yenidən peyda olub xalqı xaosa sürükləməyə cəhdlər edəcəklər.

Qeyd edək ki, bir müddət öncə müxalifətin “Müqavimət” hərəkatının koordinatoru, daşnak deputat İşxan Saqatelyan gözlənilmədən siyasi mübarizə mexanizmlərinin dəyişdirilməsi və Fransa meydanının çadırların yığışdırılması qərarına gəldiklərini açıqlayıb. Onun sözlərinə görə, həftəlik tədbirlər, o cümlədən küçə etirazları, peşəkar müzakirələr, ictimaiyyət nümayəndələri ilə görüşlər davam etdiriləcək. Mitinqlər, yürüşlər və küçə aksiyaları ən azı həftədə bir dəfə keçiriləcək.

Xatırladaq ki, "Fransa" meydanındakı kiçik "çadır şəhərciyi" mayın 2-də müxalifət tərəfindən qurub. Bir aydan çoxdur ki, bu məkanla yanaşı, eyni zamanda paytaxtın digər bölgələri və regionlarda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilirdi. Hakimiyyət əleyhdarları belə hesab edirlər ki, ölkə rəhbərliyinin siyasəti Ermənistan dövlətçiliyinin itirilməsinə gətirib çıxarır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Müxalifət   Koçaryan   Mitinq   Taktika  





Xəbər lenti