![]() |
Erməni ordusunda casus şəbəkəsi - VİDEO |
MTX-nin açıqlamasında o da bildirilir ki, təkcə iyulda 5 cinayət işindən 4-ü məhkəməyə verilib.
Açıqlanan məlumatlara görə, ölkə vətəndaşlarının dövlət əleyhinə fəaliyyətləri nəticəsində xarici kəşfiyyat orqanları Ermənistan ordusunun sərəncamında olan silah və hərbi texnikanın növləri, qoşunların sayı, hərəkəti, mümkün taktiki döyüş əməliyyatları və yerdəyişmə barədə məlumat əldə ediblər.
O da vurğulanır ki, xarici xüsusi xidmət orqanları hərbi qüvvələrin yerləşdiyi yerin dəqiq koordinatlarını belə əldə ediblər.
Agentlər şəbəkəsinə hərbi xarakterli məxfi məlumatlara çıxışı olan keçmiş və indiki hərbi qulluqçular cəlb edilib.
Müxalif saytlar isə kiçik və maraqlı bir araşdırma apararaq yazıblar ki, hazırda Ermənistan dünyada qısa müddətdə ən çox dövlətə xəyanətlə bağlı cinayət işləri açılan nadir ölkələrdən sayılır. Əgər Ukraynada oxşar hallar hazırda müharibə getdiyi üçün baş verirsə, İrəvanda sabitlik zamanı oxşar hadisələrin yaşanması anormal görünür. Bəzi siyasətçilər bunu müharibədən sonra ölkədə yaranmış xaosla əlaqələndirirlər. İddia olunur ki, hələ də bir sıra güc strukturlarında ölkə sirrlərini quru qəpiyə satmağa hazır olan kadrlar var.
Xatırladaq ki, ilin əvvəlindən Ermənistanda dövlətə xəyanətlə bağlı bir neçə cinayət işi başlanıb və bu, geniş ictimai rezonansa səbəb olub.
Tural Tağıyev
AzVision.az