Ukraynada Atom Elektrik Stansiyasının damına mərmi düşdü

   Ukraynada Atom Elektrik Stansiyasının damına mərmi düşdü
  27 Avqust 2022    Oxunub:1667
Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasını(ZAES) atəşə tutmağa davam edir. Dörd Ukrayna mərmisi stansiyanın nüvə yanacağı saxlanılan xüsusi korpusunun damına düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.

ZAES-in nüvə izotop anbarının yaxınlığında partlayışlar olub
O qeyd edib ki, son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin artilleriyası stansiyanın ərazisini üç dəfə atəşə tutub.

- Ümumilikdə 17 mərmi atılıb, onlardan dördü 1 nömrəli xüsusi binanın damına düşüb. Hansı ki, burada Amerikanın "Westinghouse" şirkətinin nüvə yanacağınınə 168 məcmuəsi saxlanılır. Daha 10 mərmi istifadə olunmuş nüvə yanacağının quru anbarından 30 metr aralıda, üçü "TVEL" şirkətinin yeni nüvə yanacağının və bərk radioaktiv tullantıların saxlanması üçün olan anbarın yerləşdiyi 2 saylı xüsusi binanın ərazisində partlayıb, - Konaşenkov deyib.

Qeyd edək ki, ZAES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, bloklarının sayına və gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasılarından biri sayılır. Moskva martın 4-dən ZAES-ə nəzarət edir. Rusiya hərbçiləri AES-in "peyk şəhəri" kimi tanınan Enerqodarı da zəbt ediblər.
Son zamanlar isə ZAES-in ərazisi bir neçə dəfə atəşə tutulub. Hətta bir sıra obyektlərə ziyan da dəyib. Ukrayna hakimiyyəti Beynəlxalq Atom Enerjisi Agentliyindən məlum problemin, ümumilikdə münaqişənin həllində kömək istəyib.
Rusiya isə bu günlərdə Kiyevin ZAES-də böyük fəlakətə səbəb olacaq partlayışlar törətməyə hazırlaşdığını iddia etmişdi.

Avropa İttifaqı və dünyanın 40-dan çox ölkəsi Rusiyanı öz qoşunlarını və şəxsi heyətini ZAES-dən dərhal çıxarmağa çağırıb. Həm Ukrayna, həm də Rusiya Federasiyası eyni vaxtda razııq əldə edərlərsə, BMT MAQATE missiyasının atom elektrik stansiyasına səfərini dəstəkləməyə hazırdır.

Dünən isə Fransa prezidenti Emmanuel Makron bəyan etdi ki, Fransa ilə MAQATE Rusiya və Ukraynadan agentliyə Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) xüsusi missiya göndərmək üçün təhlükəsizlik zəmanəti alıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Mərmi   Nüvə  



Xəbər lenti