“Jermuk şəhərinin mərkəzi parkında yarısökülmüş vəziyyətdə olan nəhəng ictimai-regional kompleks var. Orada ermənilərin böyük şəxsiyyətlərinin büstləri qoyulub. Bunlar Komitas, Sevak, Tumanyan, Aram Xaçatryan, Martiros Saryan və onlarla başqa şəxslərdir. Mən orada çoxlu büst görmüşdüm. Amma estetika və heykəltəraşlıq baxımından heç bir yerdə belə uğurlu əsərlər görmədim. Üstəlik, bütün büstlər çox uğurlu hazırlanmışdı. Bu, bizim bugünkü reallıqda unikal bir hadisədir.
|
| Daha bir erməni vandallığı: İsanın heykəlini dağıtdılar - FOTO |
Jermuk şəhərinin rəhbərliyi bunu görmürmü? Təkcə şəhər küçələrinin abadlaşdırılmasına diqqət yetirilməlidirlər? Beləliklə, biz tariximizi və ona olan hörmətimizi itiririk", - erməni alim öz xalqının vandalizmindən gileylənib.
Qeyd edək ki, ermənilər heykəllərə, mədəni abidələrə hücumları ilə ad çıxarıblar. Onlar nəinki bir vaxtlar işğal olunmuş torpaqlarda Azərbaycana aid abidələri dağıdıblar, vandallıqlar törədiblər, hətta öz ölkələrində belə dəfələrlə heykəl və abidələrə hücumlar ediblər. Məsələn, ötən il Ermənistanda Hindistanın fəxri sayılan Mahatma Qandinin heykəli də yandırılmışdı.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


