İrəvanın keçmiş müdafiə nazirinin 2 milyonluq villası aşkarlandı - FOTO

 İrəvanın keçmiş müdafiə nazirinin    2 milyonluq villası aşkarlandı -    FOTO
  26 Oktyabr 2022    Oxunub:1212
Ermənistanda çirkli pullarla bağlı növbəti qalmaqal yaşanıb. AzVision.az xəbər verir ki, Ermənistan parlamentinin keçmiş deputatı Arman Babacanyan əlinə ifşa sənədi düşdüyünü iddia edib.
O, yerli mediaya təqdim etdiyi faktlarla bağlı deyib: “Bu sənəd təsdiq edir ki, Ermənistan Respublikasının keçmiş müdafiə naziri, əvvəllər Ermənistan Prezident Aparatında məsul vəzifələrdə çalışmış və 2018-ci ildə Respublikaçılar partiyasından baş nazirliyə namizəd olmuş Vigen Sarkisyanın əli çirkli pullarla oynayıb. O, bu ilin may ayında ABŞ-ın Belmont şəhərində 2 milyon dollara fərdi ev alıb".

Koçaryan çirkli pulları ABŞ-a daşıyıb - Yeni malikanələr aşkarlandı
Babacanyan qeyd edib ki, Vigen Sarkisyan və onun həyat yoldaşı Lusine Qalacyan artıq Massaçusetsdəki "Amherst Road" 48, 02478 ünvanındakı yeni evində birgə yaşayırlar.

- Vigen Sarkisyanın Ermənistandan Birləşmiş Ştatlara nə qədər, kimin vasitəsilə və necə pul daşıması barədə başqa təfərrüatları açıqlamıram, - eks deputat vurğulayıb.

Qeyd edək ki, Vigen də Qarabağ klanının fiqurlarından sayılır. Bundan öncə isə eks-prezident, hərbi cani Robert Koçaryanın ABŞ-dakı malikanləri barədə faktlar aşkarlanmışdı

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Çirkli-Pullar  





Xəbər lenti