İrəvan bu dəfə məşhur rus iş adamını qara siyahıya saldı

   İrəvan bu dəfə    məşhur rus iş adamını    qara siyahıya saldı
  03 Noyabr 2022    Oxunub:1620
Ermənistan hökuməti daha bir Rusiya vətəndaşını qara siyahıya salıb. AzVision.az xəbər verir ki, bu barədə "Hraparak" məlumat yayıb. Bildirilir ki, Milli Təhlükəsizlik Xidməti (MTX) Anton Alekseeviç Kamayevin Ermənistana girişinə qadağa qoyub.
"O, məhkəmədə iddia qaldıraraq Milli Təhlükəsizlik Xidmətindən adının Ermənistan üçün arzuolunmaz şəxslər haqqında məlumat bazasından silməyi tələb edib. İddiaya noyabrın 1-də Sevan məhkəməsinin hakimi Arkadi Mkrtçyan baxıb. Kamayevin kimliyini öyrənməyə çalışdıq. Onun nümayəndəsi, vəkil Ani Çatinyan anlaşılmaz arqumentlər göstərərək dedi ki, bu barədə məlumat verməyə səlahiyyəti çatmır. Onlar bu mərhələdə işi ictimailəşdirmək istəmirlər", - nəşr yazıb.

Rusiyalı politoloqun Ermənistana girişi qadağan olunub
Jurnalist Çatinyandan Anton Kamayevin telefon nömrəsini verməsini xahiş edib ki, onunla yaranmış müəmmalı vəziyyəti aydınlaşdırsın. Yalnız bundan sonra vəkil saytın suallarını cavablandırmamasının əsl səbəbini açıqlayıb.

"O, Artur Sakuntsun təşkilatının əməkdaşı olduğunu deyib. Artur Sakunts özü uca səslə demokratiya və söz azadlığı haqqında danışaraq son illər suallarımızı cavablandırmaqdan boyun qaçırıb və faktiki olaraq öz işçilərinə də bununla bağlı qadağa qoyub. Biz isə açıq mənbələrdən öyrəndik ki, Kamayev familyasında olan ən məşhur şəxs rusiyalı iş adamı, "Kvazar" QSC -nin təsisçisidir. Şirkət tikinti ilə məşğuldur. MTX-dən Anton Kamayevin kimliyi və onun Ermənistana girişinə nə vaxt qadağa qoyulmasını soruşduqda qurumdan cavab verildi ki, bu haqda informasiyalar şəxsi məlumat xarakterli olduğu üçün, onu təqdim edə bilməzlər, məhkəmə aktının dərcini gözləməliyik".

Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın nəzarət etdiyi "Aykakan Jamanak" qəzeti ermənilərin dostu kimi tanınan Konstantin Zatulinin qara siyahıya düşməsi barədə məlumat yaydı. Rusiyalı deputat bundan sonra açıqlama verərək bəyan etdi ki, bu qərar onun şəxsinə qarşı böyük təhqirdir.

Konstantin Zatulindən sonra Rusiyada media holdinq rəhbəri olan ermənipərəst Marqarita Simonyan da qara siyahıya düşdü. Hər iki şəxs daha çox Azərbaycan əleyhinə fəaliyyətləri və açıqlamaları ilə tanınırlar. İrəvan anti-Rusiya mövqeyi sərgiləməsini bununla dayandırmadı. Oktyabrın 28-də erməni əsilli rusiyalı politoloq, Moskva Dövlət Universitetinin professoru Andranik Miqranyan Ermənistanda arzuolunmaz şəxs elan edildi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Qara-Siyahı  





Xəbər lenti