İrəvanda daha bir müharibə "qəhrəmanı"nın abidəsi təhqir edildi - FOTO

  İrəvanda daha bir müharibə "qəhrəmanı"nın abidəsi təhqir edildi -    FOTO
  07 Dekabr 2022    Oxunub:634
Ermənistanda İkinci Qarabağ müharibəsində öldürülmüş hərbçilərin şərəfinə ucaldılmış abidə təhqir edilib. AzVision.az xəbər verir ki, bu barədə kriminal xəbər saytı olan "Shamshiyan" məlumat yayıb.
Qeyd edilir ki, İrəvanın Azatutyun küçəsi, 12/4 ünvanında yaşamış və 44 günlük müharibədə məhv edilmiş "qəhrəman" Samvel Xaçatryanın yaxınları tərəfindən ucaldılan və daşdan olan xaç abidəsi əvvəlki görkəmində deyil. Onu işıqlandırmaq üçün nəzərdə tutulmuş xüsusi qurğu zədələnib.

Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, oxşar əməl bir neçə gün əvvəl də törədilibmiş. ABidə döyüşçünün ailə üzvləri tərəfindən təmir olunub.

İrəvanda müharibə "qəhrəmanı"nın abidəsi təhqir olundu - FOTO
"Dünən isə bu xatirə xaçını ziyarət edərkən bir daha məlum oldu ki, naməlum şəxslər abidədə işıq effekti yaratmaq üçün nəzərdə tutulmuş xüsusi qurğunu qoparıblar. Qurğu elə yaxın ərazidə tapılıb", - nəşr yazıb.

Xatırladaq ki, sözügedən abidə daşı 2021-ci ilin 11 oktyabrında İrəvanda qoyulub. Samvel Gevorq Xaçatryanın müharibə vaxtı hazırda işğaldan azad edilmiş Cəbrayılda döyüşdüyü deyilir. Qəhrəman hərbçilərimizin məhv etdiyi və hazırda ölkəsində abidəsi sındırılan Samvel artilleriya batareyasının məsafəölçəni olub.

Qeyd edək ki, Ermənistanda abidə və ya heykəllərin təhqir edilməsi adi hal alıb. İkinci Qarabağ müharibəsindən sonra onlarla oxşar hal yaşanıb. Ötən il ermənilər yəhudi soyqırımına dair abidəni təhqir etmişdilər. Bundan başqa Hindistanın mənəvi lideri olan Qandinin heykəli də yandırılmışdı .

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Abidə   Təhqir  





Xəbər lenti