Separatçılardan Volkova təhdid: "Çölə çıxmasa, daha sərt tədbirlər görəcəyik"

      Separatçılardan Volkova təhdid:    "Çölə çıxmasa, daha sərt tədbirlər görəcəyik"
  28 Dekabr 2022    Oxunub:880
Xəbər verdiyimiz kimi dünəndən etibarən bir qrup separatçı Rusiya sülhməramlı kontingentinin Xocalıdakı mərkəzi qərargahını mühasirəyə alaraq aksiya keçirir.
Aksiyanın təşkilatçısı Xankəndidəki qondarma "partiyalardan" birinin rəhbəri Tiqran Petrosyandır.

O, "Mamul" saytına açıqlamasında deyib ki, gecədən səhərə kimi aeroportun ətrafında tonqal qalayaraq rus generalın çölə çıxacağını gözləyiblər.

Separatçılar Xocalı aeroportunu səhərə kimi mühasirəyə alıblar
“Bu gün saat 10:00 radələrində nəzarət-buraxılış məntəqəsinə getdik. Sülhməramlılara dedik ki, rəhbərliyə tələblərimizi çatdırsınlar. Onlara bütün gecəni burada gözlədiyimizi və Volkov qərargahdan çıxıb tələblərimizi dinləməyinə qədər ərazini tərk etməyəcəyimizi bildirdik. Bir sözlə, xahiş etdik ki, bəyanatımızı generala çatdırsınlar. Əgər Volkov bir daha bizim icmaya hörmətsizlik göstərsə, digər qəti tədbirlər görməli olacağıq. Məsələn, blokpostlar quracağıq ki, onlar məcbur olub bizi dinləsinlər”, - hazırda Rusiya sülhməramlılarının nəzarət-buraxılış məntəqəsinin qarşısında aksiya keçirən Petrosyan deyib.

Xatırladaq ki, təxribatçı Petrosyan dünən günorta saatlarından etibarən insanları Xocalı hava limanına etiraz aksiyası üçün aparıb. Rusiya hərbçiləri isə sülhməramlı kontingentin komandanı Andrey Volkovla görüşmək istəyən erməniləri təhqir ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Separatçı   Volkov   General   Aksiya  





Xəbər lenti