"15 hərbçi yanğından əvvəl öldürülmüşdü" - Erməni əsgər anası |
İşin materiallarına görə, dislokasiya sahəsinə cavabdeh olan kapitan avtomobil benzininin yanacaq kimi istifadəsinə qadağa qoyulması ilə bağlı qanunla müəyyən edilmiş tələbi pozub. E.X bölmə üçün ayrılmış yanacağın yerini növbətçidən öyrənib, öz təşəbbüsü ilə benzinlə doldurulmuş on plastik qabdan birini götürüb. Beləcə kapitan benzinlə sobanı yandırmağa cəhd edib. Onun bu qanunsuz davranışı nəticəsində kazarmada yanğın başlayıb.
Həmçinin qeyd olunur ki, Müdafiə Nazirliyinin bir sıra məsul əməkdaşlarının məsuliyyətsiz və səhlənkar münasibəti, kazarmanı müvafiq yanğından mühafizə vasitələri ilə təmin etməmələri nəticəsində binada olan hərbi qulluqçular nəinki alovu söndürə, hətta sığınacağın pəncərələrinə bərkidilmiş dəmir barmaqlıqlar səbəbindən çölə də çıxa bilməyiblər.
Xatırladaq ki, yanvarın 19-na keçən gecə, saat 01:30 radələrində Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın baş verib. Nəticədə 15 erməni hərbçisi həlak olub, daha üçünün vəziyyəti isə ağır olub. Hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 8 zabitin də vəzifədən uzaqlaşdırılması barədə məlumat yayılıb. Həmçinin, sözügedən hərbi hissənin arxa bölməsinin rəisi, briqada komandirinin kommunal xidmət üzrə müavini, polkovnik-leytenant Qor Agekyan saxlanılaraq İstintaq Komitəsinə aparılıb.
Tural Tağıyev
AzVision.az