AzVision.az xəbər verir ki, o, müxalifəti təmsil edən siyasətçilərə müraciət edərək “Böyük ölkələrin öz maraqlarının olduğunu nə vaxt anlayacaqsınız?" sualını verib. Həmin güclər ermənilərin qaş-gözünə vurulmayıblar və boşuna "tostlar" demirlər.
"İran regionda geosiyasi dəyişikliklərin onun üçün qəbuledilməz olduğunu bəyan edəndə ilk növbədə özünü, maraqlarını nəzərdə tuturdu. Tehran bunu bizi hədsiz sevdikləri üçün demir. Hətta silah satışı, onların alınması və ya daşınması prosesləri də özləri üçündür”, - erməni spiker müxalifətə müraciət edərək bildirib.
Onun sözlərinə görə, eyni sözləri Rusiya haqqında da demək olar.
"Siz belə hesab edirsiniz ki, Rusiya öz maraqlarını bir kənara qoyub "biz erməniləri çox sevirik, onların yaxşı konyakları olur, gəlin bu xalqla birgə nələrsə edək deyəcək? Xeyr! Bütün ölkələrin, o cümlədən bizim də öz maraqlarımız var”, - Simonyan qeyd edib.
Tural Tağıyev
AzVision.az
Teqlər:
İran
Rusiya
Ermənistan