Ohanyana qarşı rəsmən ittiham irəli sürüldü

  Ohanyana qarşı rəsmən ittiham irəli sürüldü
  13 Fevral 2023    Oxunub:953
Ermənistanın keçmiş müdafiə naziri, hərbi cani, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Baş Prokurorluqdan məlumat verilib.

"Ohanyan iş"i böyüyür - Hərbi cani Sarkisyan da dindirildi
Qeyd edilir ki, Ohanyan bir neçə epizod üzrə, xüsusilə külli miqdarda mənimsəmədə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Xatırladaq ki, bir neçə gün öncə parlament baş prokuror Anna Vardapetyanın vəsatəti əsasında məlum fraksiyanın təmsilçiləri Seyran Ohanyanla Armen Çarçyanı deputat toxunulmazlığından məhrum edib.

Qeyd edək ki, Baş Prokurorluğun hazırladığı işin materiallarına görə, Ohanyanın göstərişi ilə iki hərbi hissənin ərazisi və binaları bazar qiymətlərindən xeyli aşağı qiymətə satılıb. Maraqlıdır ki, hərbi təyinatlı torpaqlardan birinin real alıcısı məhz həmin bölmədə komandir olan Qriqori Xaçaturov olub. Lakin formal olaraq ərazi Xaçaturova yaxın olan Edqar Arşakyan adlı şəxsin adına rəsmiləşdirilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ohanyan   İttiham  





Xəbər lenti