Daniil Məşhur rusiyalı teleaparıcı Vladimir Solovyovun oğludur. Gənc modelyerin bəzi şəkillərdə uzun dırnaqları, yarıçılpaq bədəni ilə poz verməsi diqqət çəkib. O, belə obrazla stilist Vlad Lisovetsin CONTORA brendinin reklam kampaniyasında rol alıb.
Anti-Qərb çağırışları ilə seçilən Vladimir Solovyovu tənqid edən Smart onu ikiüzlü də adlandırıb. Yəni Solovyov oğlunun Böyük Britaniyada təhsil alması və təm-təraqlı həyat yaşaması barədə susmağa üstünlük verir.
“İkiüzlülük! Daniil Solovyov Londonda model kimi çalışır. Eyni zamanda, Vladimir bu barədə susmağa üstünlük verir və böyük oğlunun da İngiltərədə təhsil almasını demir", - bir milyondan çox baxış olan paylaşımda yazılıb.
Tural Tağıyev
AzVision.az