Solovyov dırnağı boyalı oğlundan danışdı: "Qatı dindardı"

   Solovyov dırnağı boyalı oğlundan danışdı:    "Qatı dindardı"
  14 Fevral 2023    Oxunub:1272
Məşhur rusiyalı teleaparıcı Vladimir Solovyov oğlu ilə bağlı yayılan qalmaqallı foto və xəbərlərə reaksiya verib. AzVision.azxəbər verir ki, o, övladının həqiqətən də Britaniya paytaxtında təhsil aldığını təsdiqləyib.
Lakin oğlu hazırda Moskvada ali təhsilinidavam etdirir.

“Bu, Ukrayna xüsusi xidmət orqanlarının təbliğat işidir! Oğlum Moskvadadır və həmişə də Moskvada olub”, – aparıcı təkidlə cavab verib.

Solovyovun Londonda yaşayan uzundırnaqlı, fotomodel oğlu
O, bu informasiyaların cəbhədə, Artemovskda fəaliyyət göstərən zaman dpvriyyəyə buraxılmasına diqqət çəkib.

“Oğlum model görünüşlü gənc, yaraşıqlı oğlandır... Siz onun bir neçə il əvvəl çəkilmiş şəkillərini paylaşırsınız. O, həmçinin istedadlı musiqiçidir və filmlər də çəkir. O cümlədən pravoslav kilsələri haqqında filmlər yaradır. Qatı dindar oğlandır. İndi sizin sayənizdə ikinci oğlum kimi onu da "zəhərləyirlər", - Solovyev qeyd edib.

Xatırladaq ki, siyasi ekspert Ceyson Smart Twitterdə 21 yaşlı fotomodel Daniil Solovyovun qalmaqallı fotolarını paylaşıb. O, rusiyalı teleaparıcını ikiüzlülükdə ittiham edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Solovyov  





Xəbər lenti