Mirzoyan Ankaraya gedib - VİDEO

  Mirzoyan Ankaraya gedib -  VİDEO
  15 Fevral 2023    Oxunub:1274
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ankaraya gedib. AzVision.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Qeyd edilir ki, naziri hava limanında Ermənistanla münasibətlərin normallaşdırılmasına dair danışıqlar üzrə xüsusi nümayəndə Serdar Kılıç qarşılayıb. Ermənistan nümayəndə heyətinə Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə nümayəndə, parlamentin vitse-spikeri, Ruben Rubinyan da daxil edilib.

Mirzoyan Türkiyəyə səfər edəcək
Səfər çərçivəsində Mirzoyan Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq. Xarici işlər naziri zəlzələdən zərər çəkmiş ərazilərdə missiya yerinə yetirən erməni xilasedicilərlə də görüşəcək.

Xatırladaq ki, bu artıq Mirzoyanın son bir ildə Türkiyəyə ikinci səfəridir. 2022-ci ilin martında o, Antalyada diplomatik forumda iştirak edib və burada Çavuşoğlu ilə də danışıqlar aparıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Türkiyə  





Xəbər lenti