Bayden Parkinsondan əziyyət çəkir?- Həkimdən açıqlama

Bayden Parkinsondan əziyyət çəkir?-   Həkimdən açıqlama
  17 Fevral 2023    Oxunub:1381
"Co Bayden hazırda ABŞ prezidenti kimi səmərəli fəaliyyət göstərə bilir. O sağlamdır, dağınıq skleroz və ya Parkinson xəstəliyindən əziyyət çəkmir".
AzVision.az xəbər verir ki, bunu Baydenin həkimi Kevin Okonnor deyib.

“Prezident siqaret çəkmir, içki içmir və həftədə ən azı beş dəfə idmanla məşğul olmağa davam edir”, - həkim qeyd edib.

Bayden gözünə görünən adama salam verdi - VİDEO
Onun sözlərinə görə, Bayden "dövlət başçısı, ali baş komandan kimi prezident vəzifələrini uğurla yerinə yetirə bilən 80 yaşlı sağlam və enerjili bir insan olaraq qalır".

Bildirilir ki, müayinə zamanı Baydenin sinə dərisindı əmələ gələn çıxıntılar götürülüb. Həkim xatırladıb ki, Bayden prezident vəzifəsini icra etməzdən əvvəl qeyri-melanoma əməliyyatı keçirib. Xəstəliyin yaranmasının səbəbi gün altında çox gəzməkdir.

Qeyd edək ki, fevralın 16-da Bayden illik tibbi müayinəsi üçün xəstəxanada üç saat həkimlərin qəbulunda olub. Ağ Ev Okonnorun müayinələrlə bağlı gəldiyi nəticənin beş səhifəlik mətnini yayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   Xəstəlik  





Xəbər lenti