Martirosyan hərbi elitaya çevriliş çağırışı etdi

   Martirosyan hərbi elitaya    çevriliş çağırışı etdi
  20 Fevral 2023    Oxunub:1293
Erməni fəal, "Zangi" şirkətinin yaradıcısı Vahram Martirosyan diqqət çəkən açıqlamalar verib. AzVision.az xəbər verir ki, o, yerli mediaya verdiyi açıqlamada üstüörtülü şəkildə keçmi. döyüşçüləri hərbi inqilaba çağırıb.
- İsrailin hazırkı baş naziri hərbçi olub. Bu ölkənin siyasi təbəqəsinin əhəmiyyətli bir hissəsi də keçmiş hərbçilərdən ibarətdir. Hərbi elitanın dövlətdə əhəmiyyətli çəkisi yoxdursa, o dövlət özünü milli hesab edə bilməz. Bu, ABŞ-da və güclü dövlətçiliyi olan istənilən başqa ölkədə də belədir.

"Qəhrəman"ını it kimi gəbərdən millət - İrəvanın parlament terrorundan 23 il ötür
İndiki Ermənistanımızda isə istər iqtidar olsun, istərsə də müxalifət, heç bir düşərgədə "döyüş sinfi" tamamilə sıfıra enib. Bu hal dövlətçiliyimizi yarımçıq və qeyri-milli edir. Hərbi elita dövlətin toxunulmazlığıdır. Necə ki, heç bir orqanizm virus infeksiyalarından tam immunlaşmayıb, eləcə də heç bir ölkə populist xainlər tərəfindən hakimiyyəti ələ keçirməkdən sığortalanmayıb. Ancaq bədəndə güclü bir immunitet sistemi fəaliyyət göstərdikdə, hər hansı bir viral infeksiyadan xilas olmaq mümükün olur. Beləliklə, xatırladım ki, 1998-ci ildə hərbi elitamız milli maraqlardan kənara çıxan siyasi elementi aradan qaldırmışdı, - "Zangi"nin rəhbəri qeyd edib.

O keçmiş döyüşçülərə açıq müraciət ünvanlayıb: "Mübariz, döyüşkən oğlanlarımıza müraciət edirəm. Daha fəal olun, məsuliyyəti üzərinizə götürün. Sakit oturmusunuz, digərləri isə guya millətin taleyi ilə məşğuldurlar".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Hərbi-Elita  





Xəbər lenti