“Qohumlar baş nazirlə görüş, o cümlədən faciənin təfərrüatları və səbəblərindən tutmuş, hadisənin baş vermə şəraitinin aydınlaşdırılmasına məsul olan strukturların araşdırmalarına qədər olan prosesləri dəqiqləşdirməyi tələb edirlər”, - Norikyan deyib.
![]() |
İrəvanda əsgər valideynləri etiraz aksiyaları keçirirlər - VİDEO |
O, xüsusi olaraq vurğulayıb ki, əgər bir və ya iki əksər xilas edilibsə, qalan 15-ni niyə eyni qaydada kazarmadan çıxara bilməyiblər?
- Bizə məlum olub ki, orada yanğından əvvəl sağ adam olmayıb. Baş verənlərə görə məsul şəxslər cavabdehdirlər və mən zərərçəkmişlərin qəyyumu kimi bu faciənin, cinayətin açılmasını tələb edirəm, - vəkil deyib.
Xatırladaq ki, yanvarın 19-na keçən gecə, saat 01:30 radələrində Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın baş verib. Nəticədə 15 erməni hərbçisi həlak olub, daha üç əsgər isə ölümcül xəsarətlər alıb. Hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 10-a yaxın zabitin də vəzifədən uzaqlaşdırılması barədə məlumat yayılıb.
Həmçinin, sözügedən hərbi hissənin arxa bölməsinin rəisi, briqada komandirinin kommunal xidmət üzrə müavini, polkovnik-leytenant Qor Agekyan saxlanılıb. Ölən əsgərlərin yaxınları isə hökumətin səsləndirdiyi təsadüfi yanğın versiyasına inanmırlar.
Tural Tağıyev
AzVision.az