Məhkəmə generalı azad etdi, kütlə "Nikol satqındır!" qışqırdı

Məhkəmə generalı azad etdi,  kütlə "Nikol satqındır!" qışqırdı
  21 Fevral 2023    Oxunub:1459
İrəvanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi 3-cü Ordu Korpusunun keçmiş komandanı, general-mayor Qriqori Xaçaturovun həbsinə qərar verməyib.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Akop Yenokyan məlumat verib.

"Məhkəmə prokurorluğun vəsatətini rədd etdi. Məhkəmənin qərarını təfərrüatı ilə öyrəndikdən sonra geniş açıqlama verəcəyəm", - Yenokyan deyib.

Məşhur erməni general həbs edildi - Adı çirkli pullarda hallanır
Vəkil fikirlərinə onu da əlavə edib ki, Xaçaturov məhkəmə iclasında sərbəst buraxılıb və o, evə gedib. Məhkəmə binası qarşısında toplaşan Xaçaturovun tərəfdarları (Əsasən müxalifət və "Qarabağ klanı"nın tərəfdarları-red.) isə vəkilin açıqlamasını alqışlarla qarşılayıb və “Nikol satqındır” şüarını qışqırmağa başlayıblar.

Xatırladaq ki, general vəzifə səlahiyyətlərindən sui-istifadə və daşınmaz əmlakların leqallaşdırılmasında-çirkli pulların yuyulmasında) ittiham olunurdu. Maraqlıdır ki, bu ittiham keçmiş müdafiə naziri, parlamentin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı açılan cinayət işi ilə bağlıdır. Bir müddət öncə parlament baş prokuror Anna Vardapetyanın qaldırdığı vəsatəti təmin edərək, Ohanyanın toxunulmazlığını təmin etmişdi. Məlumata görə, hərbi cani, Ohanyan nazir olduğu müddətdə əmr imzalayaraq Ararat rayonunda yerləşən iki hərbi hissənin əraziləri və binaları bazar qiymətlərindən xeyli aşağı qiymətə satılmasını təmin edibmiş. Torpaqlardan birinin real alıcısı isə bölmə komandiri Qriqori Xaçaturov olub.

Qeyd edək ki, general Qriqori Xaçaturov Baş Qərargahın keçmiş rəhbəri və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını eks-baş katibi Yuri Xaçaturovun oğludur. "Balaca Xaçaturov" 2021-ci ilin iyulunda 3-cü Ordu Korpusunun komandiri vəzifəsini tərk edib. Sonradan o, bir neçə dəfə müxalifətin hökumət əleyhinə təşkil etdiyi etiraz aksiyalarında iştirak edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Məhkəmə   General   Vəkil  



Xəbər lenti