Hakerlər Apple, Huawei və Microsoft müştərilərinin parollarını oğurladı

   Hakerlər Apple, Huawei və Microsoft müştərilərinin parollarını oğurladı
  22 Fevral 2023    Oxunub:718
Naməlum hakerlər məlumat mərkəzlərinə daxil olaraq dünya üzrə iki mindən çox texnologiya şirkətinin login və parollarını oğurlayıblar.
Bu barədə Bloomberg məlumat yayıb. "GDS Holdings" və "ST Telemedia Global Data" şirkətlərinin müvafiq olaraq Çin və Sinqapurda yerləşən məlumat mərkəzləri hücuma məruz qalıb. Orada Alibaba, Amazon, Apple, Huawei və Microsoft kimi İT nəhənglərinin, həmçinin Goldman Sachs, BMW və Walmart müştərilərinin şəxsi məlumatları saxlanır.

Haker hücumu bir il əvvəl baş verib. Bütün bu müddət ərzində hakerlərin oğurlanmış məlumatlara çıxışı olub və keçən ay məlumatları 175.000 dollara satışa çıxarıblar.


AzVision.az



Teqlər:





Xəbər lenti