İrəvanın “Firdovsi” məhəlləsinin sakinləri aksiya keçiriblər

İrəvanın “Firdovsi” məhəlləsinin sakinləri aksiya keçiriblər
  23 Fevral 2023    Oxunub:855
İrəvanın “Firdovsi” məhəlləsinin sakinləri Ermənistan hökumətinin binası yaxınlığında aksiya keçiriblər.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, onlar hazırkı yaşayış yerlərindən çıxarıldıqları üçün layiqli kompensasiya ödənilməsini tələb edirlər.

İrəvanda kimyaçılar aksiya keçirirlər - VİDEO
"Plana düşən babamın evidir, mən burada böyümüşəm. Ev üçmərtəbəlidir və şəhərin mərkəzində yerləşir. Bizdən bu evi qəpik-quruşa alırlar. Bu, ictimai maraq deyil, biznesdir. Hansı ki, bina tikən ondan super qazanc əldə edəcək”, - narazı sakin Rafael Səfəryan jurnalistlərə deyib.

O, fikirlərinə onu da əlavə edib ki, 112 sakinə aprelin 15-dək ərazini boşaltmasıyla bağlı məktublar göndərilib.

Xatırladaq ki, sözügedən məhəllədə yanvarın 13-də gərgin vəziyyət yaranmışdı. Həmin vaxt aidiyyəti qurumların əməkdaşları məhkəmənin qərarına əməl etdiklərini bildirərək əmlakı qiymətləndirmək üçün məhəllədəki anbarların və evlərə giriblər. Sakinlər isə onları binalara buraxmamışdılar. Nəticədə polislə yerli sakinlər arasında qarşıdurma yaranıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti